2023-cü il oktyabrın 12-də İngilis dili və ədəbiyyatı departamentinin müdiri Dr. Milana Abbasova Beynəlxalq Qonaq Mühazirəçilər Silsiləsi - 2023-də qonaq mühazirəçi kimi “Dil dəyişikliyi və qabaqcıl texnologiya: sosial medianın dilə gətirdiyi dəyişikliklər” mövzusunda təqdimatla çıxış etdi.
Qonaq mühazirəçilər seriyası – akademik sahədə mütəxəssis biliklərini bölüşmək, yeni düşüncələr oyatmaq və seçilmiş məqalələrdə maraqlı müzakirələri təşviq etmək üçün hazırlanmışdır. Mühazirələr silsiləsi Səmərqənd Dilçilik və Ədəbiyyat Dərnəyi tərəfindən İpək Yolu Araşdırma Akademiyası (Özbəkistan), Cizak Dövlət Pedaqoji Universiteti (Özbəkistan) və Xəzər Universiteti (Azərbaycan) ilə birgə təşkil olunur.