Xəzər Universitetinin yeni tikilməkdə olan Nərimanov kampusunda sudan istifadəni azaltmağa imkan verən santexnika qurğuları qoyulmuşdur. Bu məqsədlə yeni tipli su kranlarının və tualet avadanlığının quraşdırılması başa çatdırılmışdır. Hesablamalar göstərir ki, bu qurğular ənənəvi qurğularla müqayisədə suya 60% qənaət etməyə imkan verir. Bu barədə təsərrüfat hissəsindən məlumat paylaşmışdır.