Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Orxan Vəliyev 2023-cü il avqustun 15-də ARB24 TV-nin “Gündəm” proqramında iştirak etmişdir. Dr. Vəliyev canlı yayımda son dövrdə sülh danışıqları, BMT TŞ iclasında Ermənistanın siyasi iflasa uğraması ilə bağlı fikirlərini paylaşmışdır. O, Qarabağda artıq reallığın dəyişdiyini, Erməni tərəfinin bu reallıqla razılaşıb, sülh müqaviləsi imzalamalı olduğunu ifadə etmişdir.