2023-cü il avqustun 9-14-də Bir Könüllü Tələbə Təşkilatı, Xəzər Universiteti və Topçubaşov Mərkəzinin birgə tərəfdaşlığı ilə Şamaxı rayonunda Beynəlxalq Münasibətlər və Diplomatiya üzrə 2-ci Yay Məktəbi baş tutmuşdur.
Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Orxan Vəliyev yay məktəbinin təşkilində, mövzuların müəyyən edilməsi, tələbələrin və təlimçilərin seçilməsində iştirak etmişdir. Yay məktəbində Dr. Vəliyevlə yanaşı, departamentin müəllimlərindən Dr. Elmar Mustafayev, Dr. Vlad Alex Vernygora və Dr. Vasif Hüseynov iştirak edib, təlim keçmişlər.