2023-cü il iyulun 10-da Xəzər Universitetinin Asiya-Sakit okean və Afrika Araşdırmaları İnstitutu (ASAAİ) tərəfindən Florida Beynəlxalq Universitetinin (ABŞ) tədqiqatçısı Dos. Şefik Osman`ın “Hind okeanının geosiyasəti” mövzusunda açıq mühazirəsi təşkil olundu. Tədbirdə universitetin rəhbərliyi və əməkdaşları, tələbələr iştirak edirdilər.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Vlad Vernygora mühazirəçini iştirakçılara təqdim etdi. Mühazirədən sonra müzakirələr keçirildi və suallar cavablandırıldı.