2023-cü il iyulun 3-7-də Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində növbəti səfər Belçikanın Brüssel şəhərinə olmuşdur.
Layihə çərçivəsində Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Dos. Elza Səmədova Layihə konsorsiumunun üzvü olan 18 ali təhsil müəssisəsinin nümayəndələri ilə birlikdə Avropanın nüfuzlu EFMD təşkilatında 5 gün müddətində müxtəlif təlim-seminarlarda iştirak etmişdir.