2023-cü il iyunun 20-də Tarix və arxeologiya departamentinin müdiri Dr. Telman Nüsrətoğlu TRT Avaz (“Avrasya Gündəmi”) və TRT Haber kanallarında çıxış edərək, Xəzər Universiteti və ADPU-nun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı Quba şəhərində keçirilən beynəlxalq simpoziumda müzakirə edilən mövzular barədə tamaşaçılara məlumat vermişdir.