2023-cü il iyunun 13-14-də Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri Dr. Telman Nüsrətoğlu Türkiyənin TGRT Haber və CNN Türk kanallarının xəbər proqramlarında Zəngəzurun tarixi, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar davam edən müzakirələr, İranın Azərbaycan siyasəti və Zəngəzur dəhlizi ilə bağlı mövqeyi, Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa bəyannaməsi ətrafındakı fikirlərini Türkiyə tamaşaçıları ilə bölüşmüşdür.