Xəzər Universitetinin İnformasiya texnologiyaları şöbəsinin direktoru Fərid Musayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) üzv seçilmişdir.
AKTA ölkədə kibertəhlükəsizlik sisteminin gücləndirilməsinə, müvafiq sahədə tədbirlərin əlaqələndirilməsinə və inkişafına dəstəyin verilməsinə yönəlmiş qeyri-kommersiya təşkilatıdır. AKTA, həmçinin, informasiya-kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində fəaliyyət göstərən mütəxəssislərin, şirkət və təşkilatların vahid platforması, gələcəyə təhlükəsiz baxışın təminatçısıdır.