Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri Dr. Telman Nüsrətoğlu 2023-cü il mayın 23-də arb24-ün “Gündəm” verilişində Ermənistan baş naziri Paşinyanın “Qarabağ Azərbaycan torpağıdır” bəyanatını səsləndirdikdən sonra Ermənistan daxili siyasətində baş verənləri, revanşist qüvvələrin fəallaşması və sülh sazişinin imzalanması ehtimalı ilə bağlı fikirlərini tamaşaçılarla bölüşmüşdür.