2023-cü il mayın 8-də Tarix və Arxeologiya departamentinin müdiri Dr.Telman Nüsrətoğlu Türkiyənin rəsmi xəbər agentliyi olan Anadolu Agentliyinə prezidentliyə namizəd Kılıçdaroğlunun Azərbaycandan yan keçən tarixi İpəkyolu layihəsi ilə bağlı dəyərləndirmə etmiş, eyni gün YAP-ın yayım orqanı olan Yeni Azərbaycan TV-nin Türkiyədə keçiriləcək seçkilərə həsr olunan verilişinə qonaq olmuşdur. Ayrıca Telman Nüsrətoğlu Azərbaycan-Ermənistan münasibətlərində yaranan son vəziyyəti də arb24 televiziyasında şərh etmişdir.