Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 3952 Arxiv
XƏBƏRLƏR
27 İyul, 2026FAO nümayəndə heyəti Hasvet baytarlıq təbabəti fakültəsində
23 İyul, 2026Azərbaycandan ilk dəfə Xəzər Universiteti  Koalisiyaya üzv oldu  
20 İyul, 2026Xəzər Universitetinin nümayəndə heyəti Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində
20 İyul, 2026Xəzər Universitetinin  55-ci məzunluq mərasimi
20 İyul, 2026“Xəzər”in nümayəndə heyətinin Türkiyədə işgüzar görüşləri
07 İyul, 2026Türkiyənin Atlas Universitetinin rəhbər heyəti ilə görüş  
25 Avqust, 2026İT departament rəhbəri saxta saytların əsas təhlükə siqnallarını açıqlayıb
25 Avqust, 2026Xəzər Universitetinə qəbul olunan şəhid övladları    
25 Avqust, 2026İT departament rəhbəri smartfonlarda dəyişdirilə bilən batareyaların tətbiqini şərh edib  
24 Avqust, 2026Yubiley təbriki

Xəzər Universitetinin əməkdaşları ERASMUS+ PICASP layihəsi çərçivəsində Varşava Universitetində

2023-cü il aprelin 17-21-də Xəzər Universitetinin əməkdaşları ERASMUS+ PICASP layihəsi çərçivəsində Polşanın Varşava Universitetində olmuş, “Təhsil və biznes strategiyalarında mədəni irs” adlı seminarda iştirak etmişlər.

Tədbirdə Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr.Ceyhun Məmmədov, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekan müavini Dr.Məhəmməd Eldarov, İqtisadiyyat və menecment departamentinin koordinatoru Dr.Bahadır Baysal, İnkişaf Ofisinin Layihə meneceri Səlimə Əhmədova, Tarix və arxeologiya departamentinin müəllimləri Dr. Bayram Quliyev, Kəmalə Mustafayeva və Karyera Mərkəzinin meneceri Səbinə Allahverənova ilə təmsil olunmuşdur.

PICASP layihəsinin (Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən təcrübə müəssisələri pilot kursları) əsas məqsədləri Təcrübə Müəssisəsi ilə yeni tədris metodları hazırlamaq, Sahibkarlıq və KOM-ların idarə edilməsi üzrə kurslar təşkil etmək, Aİ tərəfdaşları ilə təcrübə mübadiləsini artırmaq və maraqlı tərəflərin kurikulumların hazırlanmasında və məzunların məşğulluğunda iştirakını təmin etməkdir.

Seminar mədəni irs sahəsindəki təcrübə və problemlərin müzakirəsinə həsr olunmuşdu: arxeoloji irsin araşdırılması və sənədləşdirilməsi metodları; qanunsuz dövriyyəyə qarşı mübarizə və mədəni irsin qorunması; II Dünya müharibəsindən sonra Varşavanın bərpası; Varşava Universiteti Muzeyinin tarixi; Bolqarıstan və Rumıniyada irsin idarə olunması, turizm problemləri və onların həlli yolları; Polşada kommersiya arxeologiyası; əsas problemlər və inkişaf perspektivləri; mədəni irs sahəsində yetkinlərin təhsili. Bundan əlavə, Xəzər Universitetinin əməkdaşları Varşavanın tarixi mahiyyətinin müharibədən sonrakı rekonstruksiyası, köhnə post-sənaye və sosialist binalarının mədəni və işgüzar məqsədlər üçün uyğunlaşdırılması üzrə sahə işlərində iştirak etmişlər.

İdarəetmə görüşündə Dr. Ceyhun Məmmədov Xəzər Universitetində layihə fəaliyyətlərinin həyata keçirilməsi və qarşıya qoyulan məqsədlərin reallaşdırılması haqqında, Səlimə Əhmədova layihənin idarə olunması məsələləri ilə bağlı ətraflı məlumat verdilər.

Görüş cari nəticələrin, ehtiyacların, gözləntilərin və gələcək planların müzakirəsi ilə başa çatdı.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026