Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 4523 Arxiv
XƏBƏRLƏR
02 İyul, 2026“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir  
29 İyun, 2026Xəzər Universitetinin Kamera Orkestrinə Nailəxanım İsayevanın adı verildi
23 İyun, 2026Rektor Dr. Raziyə  İsayeva “Sultan bin Abdulaziz Al Saud Beynəlxalq Dil Təlimi Proqramı”nın bağlanış mərasimində  
23 İyun, 2026Sevgi və gözəlliyin izi ilə: H.İsaxanlının “Dəli ceyran” romanının müzakirəsi  
22 İyun, 2026Xəzər Universiteti ilə Varna Azad Universiteti arasında əməkdaşlıq memorandumu
10 İyul, 2026Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirilmişdir  
10 İyul, 2026Xəzər Universiteti və SUP VC arasında əməkdaşlıq imkanları müzakirə olunub  
10 İyul, 2026Departament  müdiri III Türk Dünyası Yay Forumunda
09 İyul, 2026Departament müdiri 30-cu Beynəlxalq Dədə Qorqud Simpoziumunda
08 İyul, 2026PhD tələbələri Xəzər Universitetində təcrübə proqramını uğurla başa vurublar  

“1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir

Xəzər Universitetində Təbiət elmləri və mühəndislik fakültəsi və Həyat elmləri departamentinin təşkilatçılığı ilə 2023-cü il martın 1-də “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə universitetin müəllim və tələbələri iştirak edirdilər.  

Xəzər Universitetinin əməkdaşı, MM qərargahının üzvü, ehtiyatda olan polkovnik-leytenant Mais Talışxanov tədbiri açıq elan etdi. O, tələbələrə mülki müdafiənin əhəmiyyəti, vəzifələri, əhalinin fövqəladə hallara qarşı necə hazır olmağın yolları haqqında ümumi məlumat verdi. Sonra tədbiri aparmaq üçün söz universitetin Humanitar, təhsil və sosial elmlər  fakültəsinin tələbələri Əminə Mahmudova və Aytən Hüseynliyə verildi. Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkişaf yolu, Azərbaycanın bu təşkilatda rolu barədə məlumatı tədbir iştrakçılarına həmin  fakültənin tələbəsi Əsmər Qasımova  təqdim etdi. 

 “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” hər il bir mövzuya həsr edilir. Bu il isə tədbir universitetin 1-ci kurs tələbəsi Sumayə Ələkbərovanın hazırladığı  “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda təqdimatı ilə davam etdi. Məruzəçi fəlakətlərin idarə edilməsi üçün risklərin qiymətləndirilməsi və xəritələrlə bağlı qaydalarının, təbii və texnogen xarakterli fəlakət risklərinin ümumi icmalı sənədinin, o cümlədən risklərin qiymətləndirilməsi metodlarında informasiya texnologiyalarının tətbiqi və CİS (Coğrafi İnformasiya Sistemi)  haqqında danışdı. 

 Bu yaxınlarda qardaş Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində minlərlə insanın həyatını itirməsi, bina və qurğuların dağılması bir daha zəlzələ mövzusunu gündəmə gətirmişdir. Tədbirdə Humanitar, təhsil və sosial elmlər  fakültəsinin 3-cü kurs tələbəsi Aygün İsmayılova Valeh Qocanın “Zəlzələ” və Bəxtiyar Vahabzadənin “Deprem” şeirlərini söylədi. “Geofiziki hadisə olan zəlzələlərin insanlara və obyektlərə təsiri “ mövzusunda tələbə Röya İsmayılova təqdimatla çıxış etdi. Təqdimatda zəlzələlərin yaranma səbəbləri, obyektlərə, insanlara və cəmiyyətdə yaratdığı fəsadlar haqqında danışıldı. Həmçinin, qardaş Türkiyə respublikasında baş vermiş zəlzələnin  və onun nəticələrinin aradan qaldırılmasında Azərbaycan respublikasının FHN əməkdaşlarının axtarış-xilasetmə işlərində  göstərdiyi fədakarlığı və humanitar yardım haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Məruzə, tələbə Ayna Seyidova tərəfindən hazırlanmış “FH üçün nəzərdə tutulmuş çanta”nın  təqdimatı ilə bitdi.   

Tədbirin praktiki hissəsində FH zamanı xilasetmə işlərinə aid olan, insanlara ilk yardım zamanı süni tənəffüsün verilməsi və ürəyin qapalı masajının qaydaları tələbə Nərgiz  Hadıyeva tərəfindən nümayiş olundu. Bundan sonra tədbir iştirakçılarına ilk yardım çantasının istifadəsi, qanaxmalar və sınıqlar zamanı ilk  yardım qaydaları tələbələr Dəniz Aslanlı və Aytac Lələxanova tərəfindən təqdim edildi. 

Zədələnmə ocaqlarında xəsarət almış insanların yerdəyişməsi və daşınması təhlükəsizlik baxımından çox önəmli olduğu üçün “Zərərçəkənlərin daşınması üsullarını” tədbir iştirakçılarına Humanitar, təhsil və sosial elmlər fakultəsinin 1-ci kurs  tələbələri  Mirməhəmməd Cabbarov, Şəhriyar Rüstəmov, Amil Ağasıyev, Murad İsmayilzadə və Gündüz Məmmədli izah edib,  praktiki göstərdilər.  

Tədbirdə çıxış edən Xəzər Universitetinin Fövqəladə hallar komissiyasının üzvü, Coğrafiya və ətraf mühit departamentinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov “Dünyada baş verən təbii fəlakətlərin proqnozlaşdırılması və  təhlili  haqqında ” muasir elmi baxışlar barədə məlumat verdi. Universitetinin MM qərargahının üzvü, inzibati şöbənin koordinatoru İslam Hüseynov isə insanların təhlükəsizliyinin təmin olunması və fövqəladə hallar zamanı əhalinin mühafizəsinin xüsusi əhəmiyyəti haqqında məlumatlatla çıxış etdi. Bununla da tədbir yekunlaşdı.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026