2023-cü il fevralın 16-da Bakıxanov Hazırlıq Mərkəzinin dinləyiciləri və müəllim kollektivi ilə Xəzər Universitetində görüş keçirilmişdir. İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli giriş sözü ilə çıxış edib.
Universitetin psixologiya departamentinin koordinatoru Mələk Kərimova vaxtın idarə edilməsi, imtahan prosesində həyəcanın aradan qaldırılması və səmərəli çalışma metodları ilə bağlı seminar keçirmiş və abituriyentlərin suallarını cavablandırmışdır.
Sonda universitetin əməkdaşı Ülvi Babasoy Xəzər Universiteti haqda təqdimatla çıxış etmişdir.