2023-cü il yanvarın 27-də İngilis dili və ədəbiyyatı departamenti “Tərcümədə linqvistik və mədəni fərqlər” mövzusunda seminar təşkil etdi. Seminarı Ragi MMC Tərcümə Şirkətinin direktoru İsrafil Xakiyev aparıb.
Seminarda departamentin əməkdaşları, tələbələr və Azərbaycanın müxtəlif qurumlarından gələn dinləyicilər iştirak etdilər.
Seminarda tərcümənin əsas məsələlərinə dair təqdimat dinlənilib. Seminar interaktiv olduğu üçün iştirakçılar da müzakirələrə qoşularaq, fikirlərini bölüşüblər.