Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 4404 Arxiv
XƏBƏRLƏR
25 May, 2026Xəzər Universitetinin rektoru “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda
22 May, 2026Prof.Akad. Hamlet İsaxanlı Gəncədə akademik - bədii tədbirdə  
15 May, 2026Fövqəladə və səlahiyyətli səfir Xəzər Universitetində
15 May, 2026Türkiyənin İstanbul Esenyurt Universitetinin prorektoru Xəzər Universitetində  
15 May, 2026“Khazar Talks-4” : Emi Karlon`un iştirakı ilə seminar  
15 May, 2026Türkiyənin Kafkas Universitetinin nümayəndələri “Xəzər”də  
13 May, 2026Prof.Akad. Hamlet İsaxanlı beynəlxalq elmi konfransda
07 May, 2026“Xəzər”in rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda iştirak edib
06 May, 2026Xəzər Universitetinin rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda
06 May, 2026“Xəzər”in  rektoru London Universitetində keçirilən beynəlxalq forumda

Qafqaz İslam Ordusu şəhidlərinin şərəfinə əbədi xatirə lövhəsi açıldı

Türkiye Cumhuriyyəti Gənclər və İdman nazirliyinin Kırşehir şəhərində yerləşən Ahu Evran Tələbə Şəhərciyində möhtəşəm bir gün yaşandı. Burada 105 il bundan öncə Azərbaycanın paytaxtı Bakı şəhərini işğaldan azad edən Müzəffər Qafqaz İslam Ordusunda Kırşehirdən olan 34 nəfər şəhidin şərəfinə əbədi xatirə lövhəsinin açılışı oldu.

Açılışda Gənclər və idman nazirliyi və ictimaiyyətin nümayəndələri iştirak etdilər. 34 nəfər Kırşehirli şəhidin şərəfinə “Türkiyə-Azərbaycan Gənclik Mübadiləsi” proqramı çərçivəsində mərmərdən əbədi xatirə lövhəsi və şəhidlərin adları yazılmış lövhələr yerləşdirildi.

Açılış mərasimini Türkiye Cumhuriyyəti Gənclər və İdman nazirliyi Kırşehir İl müdiri Numan Nafiz Şahin açaraq, proqramın Azərbaycandan olan nümayəndə heyətini və açılışda iştirak edən bütün qonaqları salamlayaraq, Müzəffər Qafqaz İslam ordusunun şəhid əsgərlərinin şərəfinə inşa edilmiş xatirə lövhəsinin Türkiyə və Azərbaycan dostluğunun əbədi rəmzi olduğunu bildirdi. N.Şahin çıxışında qeyd etdi ki, bir ay bundan öncə Xəzər Universitetinin qonağı kimi Bakıda olarkən Qafqaz İslam ordusunun şərəfinə Dağüstü parkda yaradılmış Bakı Türk şəhidliyində əbədi uyuyan yüzlərlə şəhidlərin arasında 34 nəfər Kırşehirlinin də adlarını da gördük. Bundan sonra qərara aldıq ki, 34 nəfər Kırşehirlinin şərəfinə Kırşehirdə də xatirə lövhəsi yaradılsın. Bu gün həmin xatirə lövhəsinin açılışıdır və bu xatirə lövhəsinin “Türkiyə-Azərbaycan Gənclik Mübadiləsi” proqramı çərçivəsində Bakıdan gələn Xəzər Universitetinin nümayəndə heyətinin üzvləri ilə birlikdə açılışını etməkdən qürur duyuruq.

Xəzər Universitetinin tələbələri tərəfindən hər şəhidin adına bir ağac və şəhidin adı yazılmış lövhə bərkidildi. Tələbələr ağacları əkdilər və onları suladılar. Xatirə lövhəsinin açılışında ilk ağacı II Qarabağ savaşının qazisi, Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin tələbəsi, Qazi Ziya Əlizadə əkdi.

Şəhidlərin ruhuna Qurani-Kərim tilafəti oxundu.

Xəzər Universitetinin nümayəndə heyətinin rəhbəri Əlövsət Əmirbəyli çıxış edərək bildirdi ki,105 il bundan öncə Bakını işğaldan azad edən Müzəffər Qafqaz İslam ordusunun Kırşehirdən olan 34 nəfər şəhidini onların doğulduğu məmləkətdə yad etmək bizlər üçün böyük şərəfdir. 105 il bundan öncə onlar Bakını işğaldan azad etdilər, bugün isə onların şəhid olaraq azad etdikləri ölkənin övladları onların ruhlarını Kırşehirdə yad edirlər. Müzəffər Qafqaz İslam ordusu Bakını işğaldan azad edərək, onu Azərbaycanın əbədi paytaxtına çevirdi. Azərbaycan vətəndaşları olaraq bugün onları öz vətənlərində böyük qurur hissi ilə yad edirik.

Ə.Əmirbəyli xatirə lövhəsinin hazırlanmasında əməyi keçən Türkiyə Cümhuriyyəti Gənclər və İdman Nazirliyinə, Kırşehir valiliyinə, Kırşehir İl başqanlığına və şəxsən Gənclər və İdman Nazirliyi Kırşehir İl müdiri Numan Nafiz Şahinə, onun rəhbərlik etdiyi idarənin əməkdaşlarına və bu işdə əməyi keçən hər kəsə Xəzər Universitetinin rəhbərliyi, müəllim-professor heyəti və tələbələri adından dərin təşəkkürünü bildirdi.

Əbədi xatirə lövhəsinin və şəhid adları yazılan lövhələrin önündə xatirə şəkilləri çəkildi.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026