Tarix və arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev Türkiyənin NTV kanalında yayımlanan “Əsrarəngiz Azərbaycan” proqramının Qarabağla bağlı bölümlərində qonaq qismində çıxış etmişdir. Həmin bölümlərin həm də tarixi məsləhətçisi olan B.Quliyev proqramda Şuşa, onun tarixi, mədəni abidələri, Xudafərin və Azıx mağarası haqqında türkiyəli tamaşaçılara məlumat vermişdir.
Xatırladaq ki, “Əsrarəngiz Azərbaycan” proqramı Azərbaycanın mədəni tarixi haqqındadır, Bakı və Qarabağ haqqında bölümlərdən ibarətdir.