2023-cü il yanvarın 2-4-də Xəzər Universiteti Tarix və Arxeologiya departamentinin müdiri Telman Nüsrətoğlu Türkiyənin BBNTürk, TRT Avaz, Azərbaycanın arb24 kanallarında Cənubi Qafqazda yaranan son vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi, Rusiya-Ukrayna müharibəsinin gedişatının 2023-cü ildə qlobal sistemə necə təsir edəcəyi və Avrasiyada şəkillənməkdə olan yeni geosiyasi vəziyyət barədə fikirlərini tamaşaçılarla bölüşmüşdür.