2022-ci il dekabrın 29-da Azərbaycan tarixi -1 dərs proqramının yekunu olaraq Tarix-coğrafiya ixtisasının tələbələri müəllim Ülviyyə İbrahimovanın rəhbərliyi ilə AMEA-nın Əlyazmalar İnstitutunda olmuş, Əlyazmalar fondunda mövcud əlyazmalar və onların necə qorunub saxlanılması haqqında dəyərli məlumatlar almışlar.
Məşhur şair, repressiya qurbanı Hüseyn Cavidin həmin binada yerləşən ev muzeyini də ziyarət edən tələbələr şairin həyatı və yaradıcılığı haqqda da maraqlı faktlar öyrənmişlər.