Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 4944 Arxiv
XƏBƏRLƏR
16 Aprel, 2026Türkiyə universitetlərində işgüzar görüşlər başa çatıb
14 Aprel, 2026Xəzər Universitetinin nümayəndə heyəti Sabançı Universitetində  
10 Aprel, 2026Litva Respublikasının Baş naziri İnqa Ruqinienen Xəzər Universitetində
08 Aprel, 2026Study in Azerbaijan” beynəlxalq təhsil sərgisi davam edir  
07 Aprel, 2026Almatıda “Study in Azerbaijan” sərgisi və rektorlar forumu keçirilir
31 Mart, 2026”Xəzər”in rektoru Akdeniz Universitetində
20 Mart, 2026“Xəzər”də məzunlarla görüş
19 Mart, 2026Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının Xəzər Universitetinin 35 illik yubileyinə həsr olunmuş mərasimdə açılış nitqi
18 Mart, 2026Xəzər Universitetinin 35 illik yubiley mərasimi keçirilib
22 Aprel, 2026“Xəzər”də “Sirli gedişlər” kitabının müzakirəsi

Dahi bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert

2022-ci il dekabrın 19-da Xəzər Universitetinin Mərkəz Kampusundakı Fikrət Əmirov Konfrans-Konsert Mərkəzində dahi bəstəkar Fikrət Əmirovun 100 illiyi münasibətilə əsərlərindən ibarət konsert keçirildi. Kampusun foyesində universitetin Dekorativ və Tətbiqi Sənət Muzeyinin direktoru, tanınmış xalçaçı rəssam Afaq Kərimovanın rəhbərliyi ilə bəstəkarın həyat və fəaliyyəti haqqında tərtib edilmiş geniş sərgi nümayiş olunurdu.

Tədbirdə Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, ölkənin mədəniyyət xadimləri və ziyalılar iştirak edirdilər.

Tədbir Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlının geniş giriş nitqi ilə başladı. H.İsaxanlı böyük bəstəkarın yaradıcılığının əsas mərhələləri haqqında ətraflı danışdı və əsərlərinin dünyada ifa olunaraq şöhrət qazanmasını onun fövqəladə istedadı və zəhmətsevərliyi ilə əlaqələndirdi. O, çıxışının sonunda Afaq Kərimovanın bəstəkarın 100 illiyinə həsr olunaraq salonda nümayiş etdirilən ipək üzərində işlənmiş süjetli-portret batikası və “Musiqi dünyamız” (Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun portretləri ilə) adlı xalçası, həmçinin heykəltəraş Əliağa Mailovun açılışı edilən “Fikrət Əmirov” büstü haqqında məlumat verdi.

Konsert proqramı universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, tanınmış pianoçu Zülfiyyə Sadıqovanın bədii rəhbəri olduğu universitet Kamera orkestrinin Orxan Həşimovun dirijorluğu ilə “1001 gecə” baletindən “Şəhrizadın bayramı”nın ifasi ilə başlandı. Konsert əsas etibarilə Kamera orkestinin, pianoçu Zülfiyyə Sadöqovanın ifaları və Orxan Həçimovun diriyorluğu ilə keçdi.

Orkestr tərəfindın “Nizami” simfoniyasının 4-cü hissəsi və “Sevil” operasından “Vals” ifa olunduqdan sonra konsert Azərbaycanın görkəmli və məşhur musiqi xadimləri və gənc ifaçıların iştirakı ilə davam etdi.

Əməkdar artist Səidə Şərifəliyeva (“Sevil” operasından Dilbərin mahnısı, “Böyük dayaq” filmindən Pərişanın mahnısı), Əməkdar artist Aqşin Abdullayev (Sevil” operasından Balaşın mahnısı,), Xalq artisti Elşən Mansurov (“Layla”), Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi Nazim Mahmudov (Sevil” operasından Atakişinin kupletləri), Xalq artisti Gülnaz İsmayilova (Sevil” operasından “Sentimental romans”), Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi Emin İsmayılov (“Sevil” operasından Balaşın ariyası), Xalq artisti Xuraman Qasımova (Sevil” operasından Sevilin ariyası, videogörüntüdə), Xalq artisti Alim Qasımov (“Şeyx Sənan” dram əsərindən Kor ərəbin mahnısı), Əməkdar artist Nigar Məlikovanın fortepianoda müşayiəti ilə Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi Leyla Baxışova (“Ulduz”), Opera və Balet Teatrının solisti Urfan Cəfərov (“Evləri var xanə-xanə”), Gülnaz İsmayılova (“Gülüm”), Emin Hüseynov (“Sevgi rəqsi”), Əməkdar artist Çinarə Mütəllibova (“Muğam-poema”) və SSRİ Xalq artisti Fidan Qasımova (“Mən səni araram”, videogörüntüdə) bəstəkarın əsərlərini ifa etdilər. Xalq artisti, pianoçu Yeganə Axundova özünün “Miniatürlər” əsərini səsləndirdi.

Yeganə Axundova və Xuraman Qasımova çıxış edərək, dahi bəstəkara həsr olunmuş konserti yüksək dəyərləndirdilər, Xəzər Universitetinin rəhbərliyinə, Musiqi və incəsənət departamentinə təşəkkürlərini bildirdilər. Yeganə Axundova öz ifası ilə bəstəkarın fortepiano musiqisi yazılmış diski universitetə hədiyyə etdi.

Tədbir konsert iştirakçıları tərəfindən “Azərbaycan elləri” mahnısının birgə ifası ilə başa çatdı.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026