2021-ci il aprelin 27-də Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin tələbələri Fizika və elektronika departamentinin layihəsi çərçivəsində hazırladıqları günəş enerjisi ilə işləyən elektrik avtomobillərinin təqdimatını keşiriblər. Layihədə hərəsində 10 tələbədən ibarət 5 komanda iştirak edib. Təbiət elmləri və mühəndislik fakültəsinin müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən avtomobillər qiymətləndirilərək, qalib müəyyən olunmuşdur.