2021-ci il yanvarın 21-də Xəzər Universitetində Təbiət elmləri və mühəndislik fakultəsinin təşəbbüsü ilə Bərpa Olunan Enerji Laboratoriyası fəaliyyətə başlamışdır. Laboratoriya mexaniki və elektrik mühəndisliyi üzrə bakalavr tələbələri üçün fotovoltaik və külək enerjiləri ilə bağlı çox geniş spektrli fəaliyyətləri dəstəkləyəcək.