2022-ci il oktyabrın 20-də Karyera inkişaf ayı çərçivəsində növbəti təlim keçirildi.
Təlimdə BMT-nin İnkişaf Proqramının“Milli Adaptasiya Planı” layihəsinin köməkçisi Cəvahir Muradova tələbələrə karyeralarını beynəlxalq təşkilatlarda necə qura biləcəkləri haqqında ətraflı məlumat verdi. İştirakçılara, həmçinin, BMT İnkişaf Proqramı tərəfindən hədiyyələr təqdim olundu.
Təlim iştirakçıların suallarının cavablandırılması ilə başa çatdı.