Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 4348 Arxiv
XƏBƏRLƏR
15 May, 2026“Khazar Talks-4” : Emi Karlon`un iştirakı ilə seminar  
15 May, 2026Türkiyənin Kafkas Universitetinin nümayəndələri “Xəzər”də  
13 May, 2026Prof.Akad. Hamlet İsaxanlı beynəlxalq elmi konfransda
07 May, 2026“Xəzər”in rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda iştirak edib
06 May, 2026Xəzər Universitetinin rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda
06 May, 2026“Xəzər”in  rektoru London Universitetində keçirilən beynəlxalq forumda
23 Aprel, 2026Xəzər Universitetinin rektoru Gəncədə forumda iştirak edib  
23 Aprel, 2026“Xəzər”in rektoru “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı  beynəlxalq  konfransda  
15 May, 2026Üçüncü kurs tələbələri üçün mühazirə
15 May, 2026“Xəzər”də elmi-praktik forum  

Abay Universitetinin heyəti Xəzər Universitetində

2022-ci il oktyabrın 12-13-də Abay Universitetinin heyəti Xəzər Universitetində olub.

Proqramın ilk günündə Abay Universitetinin heyəti Sumqayıt “Dünya” məktəbinə səfər etdi. Məktəbin direktoru Çiçək Qaracayeva, direktor müavini Xuraman Nağızadə və Xəzər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Vlad Vernygora ilə görüşdə növbəti əməkdaşlıqlar haqqında müzakirələr aparılıb. Heyətin üzvü Jankuşkov Bauyrzhan Orazayeviç 6-cı sinif rus bölməsinin şagirdlərinə “Müəllim peşəsi və peşə seçimində rol oynayan vacib bacarıqlar“ adlı ustad dərsi keçib.

Sonra, proqramın davamı olaraq, Abay Universitetinin heyəti Xəzər Universitetinə gəlib. Görüşdə universitetin rektoru dosent İradə Xəlilova, Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, Beynəlxalq əlaqələr üzrə prorektor Vlad Vernygora, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əlimərdanova, Beynəlxalq əlaqələr üzrə koordinator Fatimə Vəliyeva, qarşı tərəfdən isə Pedaqogika və Psixologiya İnstitutunun direktoru Abayev Qaliya Əskərbəyovna, “Pedaqogika və psixologiya” Təhsil proqramının baş müəllimi İsaliyeva Saule Temirbaevna, "İbtidai təhsil" tədris kafedrasının baş müəllimi Jankuşkov Bauyrzhan Orazayeviç, “Pedaqogika və psixologiya” elmi-metodiki jurnalının baş redaktor müavini Mombek Aliya Anuarbekovna iştirak etmişlər. Görüşdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə dair müqavilə imzalanmış və təhsil müəssisələri arasında tərəfdaşlıq və akademik əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılmışdır. İmzalanma mərasiminin sonunda tərəflər arasında hədiyyə mübadiləsi olmuşdur. Qonaqlar Xəzər Universitetinin kitabxanası və elektron jurnallar ilə də tanış olmuşlar.

Proqramın ikinci günündə Abay Universitetinin heyəti ilə Bakı “Dünya” məktəbində direktor Nazpəri Bayramova, 5-8-ci siniflərin Tədris işləri üzrə direktor müavini Leyla Cəbrayılova, Təşkilati işlər üzrə direktor müavini Münəvvər Bayramlı və Xəzər Universitetinin Beynəlxalq Əlaqələr üzrə koordinatoru Fatimə Vəliyevanın iştirakı ilə görüş keçirildi.

Məktəbdə yaradılaraq fəaliyyət göstərən Nailəxanım Muzeyində qonaqlara Nailəxanım İsayevanın həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verildi və onlara “Nailəxanım Muzeyi” adlı bələdçi kitabça təqdim edildi. “Pedaqogika və psixologiya” Təhsil proqramının baş müəllimi İsaliyeva Saule Temirbaevna muzey və məktəb haqqında təssüratlarını xatirə kitabına yazdı. İsaliyeva Saule və Jankuşkov Bauyrzhan 7-ci sinif rus bölməsinə ustad dərsi keçdilər.

Dünya məktəbinin kitabxanasında rus bölməsinin müəllim heyəti ilə keçirilən görüşdə Pedaqogika və Psixologiya İnstitutunun direktoru Abayev Qaliya Abay Universitetinin cari layihələri və strukturu haqqında məlumat verdi.

Qeyd edək ki, Abay Universiteti Qazaxıstanın ən böyük və aparıcı universitetlərindən biridir.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026