2022-ci il oktyabrın 8-də Xəzər Universitetinin Psixologiya departamentinin koordinatoru Mələk Kərimovanın Xəzər Universitetində Nəfəs Psixonevroloji Mərkəzinin təşkilatçılığı ilə keçirilən psixosimpoziumda "İntihar" mövzusu ilə bağlı çıxışı olmuşdur.
Tədbirdə insanı yaşadan səbəblər iştirakçılarla birlikdə müzakirə edildi. İştirakçılar dəyər vermək, dəyər görmək, yeni ölkələrə səyahət, öz potensialını kəşf etmə, sevmək, sevilmək kimi keyfiyyətlərin insanı həyata bağlayan səbəblər kimi göstərdilər. Qeyd etdilər ki, bəzən ölmək üçün səbəblər tapılsa da, yaşamaq üçün də kifayyət qədər səbəblər var. Onların fərqində olub, həyatın mənasına bu nəzər nöqtəsindən baxmaq zəruridir.