2022-ci il sentyabrın 27-30-da Bakı İdman Sarayında IV Milli Kitab Sərgisi keçirilmişdir. Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin əməkdaşları Samirə Orucova, Günay Muradova və Ayşən Rüstəmova sərgidə olublar.
IV Milli Kitab Sərgisində yazıçıların imza saatları, poeziya axşamları, kitab və sənət ətrafında müzakirələr keçirilmişdir. Sərginin əsas məqsədi ölkəmizdə kitaba diqqət cəlb etmək, müstəqil nəşriyyat və naşirləri dəstəkləmək olmuşdur.