2022-ci il sentyabrın 28-də Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin tarix müəllimliyi ixtisasının tələbələri Tarix və arxeologiya departamentinin müəllimi Kəmalə Mustafayevanın rəhbərliyi ilə Qobustan dövlət tarixi-bədii qoruğuna səfər ediblər. Qobustan abidəsi ilə əyani tanışlıq tələbələr tərəfindən maraqla qarşılanıb.