2022-ci il sentyabrın 12-də Xəzər Universitetində doktoranturaya ixtisas fənnindən qəbul imtahanları keçirildi.
İmtahanlarda xarici dil və fəlsəfə fənlərindən yüksək qiymətlər alaraq, növbəti mərhələdə iştirak hüququ qazanmış 14 nəfər iddiaçı iştirak etdi. Universitetdə yaradılmış imtahan komissiyası tərəfindən keçirilən imtahanda iddiaçılar təhsilin təşkili və planlaşdırılması, ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi, ümumi psixologiya, beynəlxalq münasibətlər, german dilləri, nanotexnologiya və nanomateriallar, genetika və dünya ədəbiyyatı ixtisaslarından imtahan verdilər.