AZƏRTAC və digər saytlar Xəzər Universitetində Türkiyənin Bilecik Şeyx Ədəbalı Universitetinin nümayəndələri ilə görüş keçirilməsi haqqında xəbər yayımlamışlar.
Xəbərlərdə qeyd olunur ki, görüşdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə dair müqavilə imzalanıb və təhsil müəssisələri arasında tərəfdaşlıq və akademik əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.