Xəzər Universiteti İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin dekanı professor İnqilab Əhmədov və Təhsil departamentinin koordinatoru Cavid Cəfərov Erasmus+ layihəsi çərçivəsində iyulun 18-22-də Türkiyənin Sabancı Universitetində səfərdə olublar.
Proqram çərçivəsində 9 ölkənin 10 universitetinin təmsilçiləri ilə birgə Sabancı Universitetinin təqdimatları dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb, qonaqlar universitet ilə yaxından tanış olublar.
Xəzər Universiteti təmsilçiləri tədbirdə universitet haqqında təqdimat edib, Sabancı Universiteti tərəfindən təşkil edilmiş bilik yarışmasında 1-ci yeri turub və xüsusi hədiyyə ilə təltif olunub.
Səfər çərçivəsində Sabancı Universitetinin müvafiq qurum rəhbərləri, habelə digər universitet nümayəndələri ilə əməkdaşlıq məsələləri müzakirə edilib, perspektiv istiqamətlər müəyyənləşdirilib.