2022-ci il mayın 24-də Xəzər Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirildi. Görüşü universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli açaraq, təhsil krediti haqqında toplaşanlara ümumi məlumat verdi.
Fondun Maliyyə şöbəsinin müdiri Tehranağa Abdullayev və əməkdaşı Ağca Məmmədova təhsil kreditinin şərtləri haqqında geniş izahat verdilər. Sonda Fondun nümayəndələri tələbələrin çoxsaylı suallarını cavablandırdılar. Görüşdə universitetin tədris işləri üzrə prorektoru Məhəmməd Nuriyev iştirak etdi.