Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 5734 Arxiv
XƏBƏRLƏR
15 May, 2026“Khazar Talks-4” : Emi Karlon`un iştirakı ilə seminar  
15 May, 2026Türkiyənin Kafkas Universitetinin nümayəndələri “Xəzər”də  
13 May, 2026Prof.Akad. Hamlet İsaxanlı beynəlxalq elmi konfransda
07 May, 2026“Xəzər”in rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda iştirak edib
06 May, 2026Xəzər Universitetinin rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda
06 May, 2026“Xəzər”in  rektoru London Universitetində keçirilən beynəlxalq forumda
23 Aprel, 2026Xəzər Universitetinin rektoru Gəncədə forumda iştirak edib  
23 Aprel, 2026“Xəzər”in rektoru “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı  beynəlxalq  konfransda  
15 May, 2026Üçüncü kurs tələbələri üçün mühazirə
15 May, 2026“Xəzər”də elmi-praktik forum  

Xəzər Universitetində 2-ci Beynəlxalq Kakao, Qəhvə və Çay Asiya Konqresi keçirildi

2022-ci il mayın 19-20-də Xəzər Universitetində 2-ci Beynəlxalq Kakao, Qəhvə və Çay Asiya Konqresi keçirildi.

Konqres Xəzər Universiteti, Çinin Anhui Kənd Təsərrüfatı Universiteti və Dövlət Çay Bitkisi Biologiyası və İstifadəsi Aparıcı Laboratoriyası tərəfindən birgə təşkil olunmuşdu.

Konqres çay elmi və təhsilində dünya liderləri olan Anhui Kənd Təsərrüfatı Universiteti ilə Dövlət Çay Bitkisi Biologiyası və İstifadəsi Aparıcı Laboratoriyası arasında elmi tədqiqat layihələri üzrə əməkdaşlıq və tərəfdaşlıq çərçivəsində keçirildi.

Bu əməkdaşlığın əsası 2018-ci ildə Çinin Anhui Kənd Təsərrüfatı Universiteti və Dövlət Çay Bitkisi Biologiyası və İstifadəsi Aparıcı Laboratoriyasının təşkilatçılığı ilə Heifei şəhərində keçirilən 1-ci Beynəlxalq Kakao, Qəhvə və Çay Asiya konqresi zamanı qoyulmuşdu. Konqresin son günündə iki ölkə - Hindistan (Hindistan Dövlət Kənd Təsərrüfatı Nazirliyi) və Azərbaycan (Xəzər Universiteti) 2020-ci ildə növbəti Beynəlxalq Kakao, Qəhvə və Çay Asiya Konqresinin keçirilməsi üçün namizəd göstərildilər. Hər iki ölkənin nümayəndələri təşkilatları haqqında çıxış etdilər. Seçim komitəsi 2-ci konqresin keçirilməsi üçün Xəzər Universitetinin lehinə qərar verdi. 2019-cu ilin may ayında çinli ekspertlər çay elmi sahəsində əlaqələri genişləndirmək üçün Xəzər Universitetində oldular və 2-ci konqresin 2020-ci ildə keçirilməsi təyin olundu. Təəssüf ki, bütün dünyada tüğyan edən pandemiya səbəbilə konfrans 2022-ci il may ayına təxirə salındı. Azərbaycanda, demək olar ki, yeni Covid yoluxmalarının olmamasına baxmayaraq, Çindəki vəziyyətə görə konqresin hibrid formada keçirilməsinə qərar verildi.

Konqresi Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri prof. akademik Hamlet İsaxanlı, 2-ci Beynəlxalq Kakao, Qəhvə və Çay Asiya Konqresinin sədri prof. Xiaochun Wan, Anhui Kənd Təsərrüfatı Universitetinin prezidenti prof. Tao Xia, Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Ding Tao, Anhui əyalətinin Elm və Texnologiya Departamentində Xarici Elmi və Texnoloji Əməkdaşlıq Şöbəsinin Direktoru Wenjun Dong salamlama nitqi ilə açdılar.

Çin, Azərbaycan, Türkiyə, İran, ABŞ, Rusiya, Cənubi Koreya, İrlandiya, Danimarka, Gürcüstan, Belçika, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Şri Lanka və Nigeriyadan 300-ə yaxın tədqiqatçı onlayn, yerli universitetlər və elmi tədqiqat institutlarından (Türkiyə, İran, Rusiya daxil olmaqla) 60-a yaxın tədqiqatçı konqresdə üzbəüz iştirak etdi. Bundan başqa, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri də konqresdə iştirak etdilər.

İki günlük konfransda 51 təqdimat baş tutdu, 100-dən çox məruzə xülasəsi təqdim olundu.

2-ci Beynəlxalq Kakao, Qəhvə və Çay Asiya Konfransının keçirilməsi ilə əlaqədar olaraq mayın 16-20-də (bir həftə) Xəzər Universitetində Çay Festifalı Həftəsi baş tutdu. AZƏRÇAY şirkətinin milli geyimdə olan işçiləri tələbələr və əməkdaşlara universitetin həyətində saat 08:30-dan 18:00-a qədər pulsuz çay və qəhvə xidməti göstərdilər.

İki günlük konfrans ərzində ASTRADE MMC-də Çay Festivalı Həftəsinə qoşularaq, “enerji kofe hell” içkisini tələbələrə və əməkdaşlara pulsuz təqdim etdi.

Konfransın bağlanış mərasimində Yekun Bəyannamə təqdim olundu, orijinal və nəşr olunmamış məqalələrin beynəlxalq, açıq girişli, onlayn “İçki Bitki Tədqiqatı” jurnalında nəşr olunacağı elan edildi. Jurnalın linki: https://www.maxapress.com/bpr 

Əlavə olaraq bildirildi ki, konfransda iştirak edən müəlliflər kakao, qəhvə və çaya həsr edilmiş sosial tədqiqatlarının nəticələrini Xəzər Universitetinin “Khazar Journal of Humanities and Social Sciences” (“Xəzər Humanitar və Sosial Elmlər Jurnalı”) jurnalının xüsusi nömrəsində çap etdirə bilərlər. Jurnalın linki: https://jhss-khazar.org/ 

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026