2022-ci il mayın 20-də Xəzər Universitetinin müəllimi və doktorantı Nilufər Əlizadə Amerika Koqnitiv Davranış Terapiyası Assosiasiyasının təşkil etdiyi, Rutgers Universitetinin Psixologiya departamentinin rəhbəri Dr. Scott Valtman tərəfindən keçirilən “Dialektiv davranış terapiyası: texnikalar və strategiyalar” adlı təlimdə iştirak edərək, sertifikat almışdır. Qeyd edək ki, təlim və sertifikat Amerika Psixoloqlar Assosiasiyasının “Psixoloqların davamlı təhsili” proqramı tərəfindən dəstəklənir və tanınır.
Təlimdə Dialektiv davranış terapiyasının fundamental 4 mərhələsi haqqında tədqiqat işlərinin nəticələri paylaşıldıqdan sonra, müxtəlif situasiyalarda psixoterapevtin işlədə biləcəyi texnikalar praktiki yollarla nümayiş edilmişdir.