2022-ci il mayın 16-da Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin tələbələri Tarix və arxeologiya departamentinin müəllimi Kəmalə Mustafayevanın rəhbərliyi ilə Qobustan dövlət tarixi-bədii qoruğuna ekskursiya səfəri ediblər. Tələbələrə Muzeyin bələdçisi Arifə Qurbanova Azərbaycanın tarixi incilərindən biri olan Qobustan abidəsi haqqında ətraflı məlumat verilib. Abidə ilə əyani tanışlıq tələbələr tərəfindən böyük maraqla qarşılanıb.