2022-ci il aprelin 19-da Xəzər Universiteti Psixologiya Departamentinin koordinatoru Mələk Kərimova Azərbaycan Televiziyasının "Gün başladı" verilişinin qonağı olub. Verilişdə "çətin insanlar" və ünsiyyət çətinliklərini yaradan səbəblər müzakirə edilməklə yanaşı, ünsiyyət bacarıqlarının formalaşdırılması ilə bağlı təkliflər də səsləndirilib.