2022-ci il aprelin 9-da ARB TV-nin “Günə doğru” verilişində ölkənin görkəmli ziyalılarının aprelin 8-də Xəzər Universitetinin "Dünya” məktəbində Nailə xanım Muzeyi ilə tanışlığı haqqında süjet təqdim olunub.
Tədbirdən çəkilişlərlə yanaşı, Xalq şairi Ramiz Rövşən, xalq artistləri Xuraman Qasımova, Yeganə Axundova, Fidan Hacıyeva və tarixçi-alim Solmaz Tohididən qısa müsahibələr də alınmışdır. Onlar Nailə xanım haqqında xatirələrini bölüşmüşlər.