Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 4268 Arxiv
XƏBƏRLƏR
30 Yanvar, 2026Xəzər Universiteti Nature Index reytinqində tədqiqat nəticələrinə görə Azərbaycanda birinci yeri tutub
29 Yanvar, 2026Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasında yer alıb
26 Yanvar, 2026Nailəxanım Təqaüd Proqramının qalibi mükafatlandırılıb
22 Yanvar, 2026Universitetin rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
21 Yanvar, 202620 yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunan anım tədbiri
26 Dekabr, 2025Khazar Talks-3: “Çinin xarici siyasəti: konsepsiyalar, aktorlar və regional dinamikalar” mövzusunda akademik seminar  
25 Dekabr, 2025Fudan Universitetinin nümayəndə heyəti "Xəzər"də
19 Dekabr, 2025Xəzər Unıversıtetındə 4-cü Beynəlxalq Vahid Sağlamlıq Konfransı keçırıldı
17 Dekabr, 2025Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş
11 Fevral, 2026“The EU's Foreign Policy towards South Caucasus after the 2nd Karabakh War: Pragmatic and Normative approaches” mövzusunda elmi seminar keçiriləcəkdir.

Xəzər Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Tədbir haqqında AZƏRTAC-ın xəbərini təqdim edirik 

2022-ci il aprelin 2-də Xəzər Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı günü ilə bağlı "Əbədi Birlik" Gənclər İctimai Birliyinin nəzdində fəaliyyət göstərən "Yazıçılar klubu"nun “Şəhid ruhlar eşqinə” adlı tədbiri keçirilib. Ev sahiblərindən başqa Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Mühəndislik Universiteti və başqa ali təhsil ocaqlarının qatıldığı tədbirdə şəhid Oktay Səfərovun anası Zülfiyyə Səfərova, millət vəkilləri Vüqar İskəndərov və Naqif Həmzəyev də iştirak edib.

Anım mərasimini giriş sözü ilə açan Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı bildirib ki, 1918-ci il 31mart - 3 aprel tarixlərində Bakı soveti və onların işğalçı-cəza qüvvələrinə qarışan daşnaksütyunçular tərəfindən törədilmiş kütləvi qırğınların hamıya məlum dəhşətli tarixçəsindən geniş danışılmayacaq, amma həmin günlərin mənzərəsini əks etdirməyə çalışan tələbələrin hazırladıqları səhnəciklər nümayiş etdiriləcək. Q.Əzizxanlı "Azərbaycan Araşdırmaları Jurnalı"nda (Journal of Azerbaijani Studies) professor Hamlet İsaxanlının həmmüəllifi olduğu "Erməni terrorizmi və Azərbaycanda türk-müsəlman genosidi" adlı məqaləsinin ingiliscə dərc edilməsindən sonra ABŞ-ın Nevada ştatınnın qubernatoru Cim Qibbons`un ABŞ hökumət dairələrində ilk dəfə mart ayının 31-ni “Azərbaycanlıların Anım Günü" elan etdiyini də vurğulayıb.

Vüqar İskəndərov bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırımı Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd adlandırıb. O, çıxışında daha çox çağdaş Azərbaycan gəncliyinin qarşısında duran vəzifələrə toxunaraq, gənclərin vətənpərvər kimi böyüməsində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edib, eyni zamanda, onların təhsildə, ölkə həyatında getdikcə daha çox uğurlara imza atmasından qürur duyduğunu dilə gətirib. Millət vəkili bilik, savad və kommunikasiyanın müvəffəqiyyətin rəhni olduğunu deyib, bu vacib keyfiyyətlərə mükəmməl yiyələnməyi tövsiyə edib. Müxtəlif ali təhsil ocaqlarında oxuyan tələbələrin bir araya gəlməsini alqışlayan V. İskəndərov onları öz əlaqələrini genişləndirməyə və dövlət başçısı ətrafında daha sıx birləşməyə çağırıb.

Naqif Həmzəyev, həm də bir tarixçi kimi keçmişə ekskurs etmək istədiyini söyləyərək, bəzi analoji tarixi faktları gənclərin nəzərinə çatdırıb. Natiq qeyd edib ki, 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Salyanda, Lənkəranda, Naxçıvanda, Gəncə quberniyasında və başqa bölgələrdə baş verən azərbaycanlıların soyqırımı, əslində başqa formalarda çox-çox əvvəllərdən başlayıb, 1905-ci ildə və ondan qabaq zaman-zaman təkrarlanıb. Bizim ərazilərdə, səfəvilər ərazisində, osmanlıda müxtəlif terror təşkilatları yaradılaraq öz mənfur niyyətlərini həyata keçirib, missionerlər müsəlmanları xristianlaşdırmaq üçün fəaliyyət göstəriblər. Osmanlı imperiyasını dağıtmaq üçün müxtəlif layihələr həyata keçirilib, bundan ötrü Qriqoryan məzhəbinə qulluq edən ermənilərin siyasi partiyalarını yaradıblar. “Biz Xalq Cümhuriyyətinin varisləriyik. Siz gənclər sovet dövründəki yalançı ideologiyanın, tarixin sizdən sonrakı nəsillərə ötürülməsinə imkan verməyin. Bu gün yazılmamış tariximizi şəhidlərimiz yazıb, sizsə unudulmuş tariximizi öyrənin və gələcək nəsillərə ötürün”, – deyə millət vəkili çıxışını yekunlaşdırıb.

Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsi Turizm işinin təşkili ixtisası üzrə II kurs tələbəsi Şahin Əliyev "Əbədi Birlik" Gənclər İctimai Birliyinin icraçı direktoru olaraq birliyin ümumi məqsədlərindən, şəhid və qazilərimizin tanıdılması, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində görəcəkləri işlərdən danışıb.

Tədbir "Əbədi Birlik" Gənclər İctimai Birliyinin "Yazıçılar klubu"nun sədri və sədr müavini – Bakı Avrasiya Universitetinin tələbələri Leyla Ümid və Leyla Səfərlinin ssenarisi əsasında davam edib. Müxtəlif təhsil ocaqlarından bir araya gəlmiş tələbə yazarların rejissor Tural Əsgərovun dəstəyi ilə hazırladıqları səhnəcikləri və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Kamran Mustafazadənin ifa etdiyi “Ana, mən şəhid oldum”, “Cənab leytenant”, həm də “Xudayar təsnifi” adlandırılan “Vətən yaxşıdır”, “Qarabağ” mahnıları ilə kövrək anlar yaşanıb, son mahnıya tamaşaçılar da qoşulub.

Şəhid anası Zülfiyyə Səfərova gənclərə xitabən: “Mən oğlumun əvəzində sizin kimi oğulları qazandım” deməsi hamını riqqətə gətirib, coşqu ilə qarşılanıb. Tədbirin sonunda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Kənan Əkbərlinin çəkdiyi “Oktay Səfərovun portreti” anaya təqdim edilib. Azərbaycan Universitetinin tələbəsi videoqraf Zəhra Əhmədzadə tədbiri lentə alaraq, "Əbədi Birlik" Gənclər İctimai Birliyinin video fonduna bağışlayıb.

https://azertag.az/xeber/Xezer_Universitetinde_31_Mart___
Azerbaycanlilarin_Soyqirimi_Gunu_ile_bagli_tedbir_kechirilib-2077100
 

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026