2022-ci il martın 20-də AZƏRTAC Xəzər Universitetində “ABŞ-da təhsil proqramları” mövzusunda məlumat sessiyasının keçirilməsi haqqında xəbər yayımlamışdır.
Xəbərdə qeyd olunur ki, Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin təşkilatçılığı ilə Amerika Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi İdarə Heyətinin üzvləri Aygün Dadaşova və Günel Həsənova universitet tələbələri üçün “ABŞ-da təhsil proqramları” mövzusunda məlumat sessiyası keçiriblər.
Xəbəri digər saytlar da dərc etmişdir.
https://azertag.az/xeber/ABS_da_tehsil_proqramlari_movzusunda_melumat_sessiyasi-2062487