Tarix və arxeologiya departamentinin müdiri dosent Telman Nüsrətoğlunun "Osmanlı Hariciyesi`nin Güney Kafkasya Raporları (1852-1914)” adlı irihəcmli kitabı Ankarada “Berikan Yayınevi”ndə çap olunmuşdur.
Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə çap olunan bu əsərdə müəllif Osmanlı arxivlərində araşdırmalar aparmaqla ilk dəfə Cənubi Qafqazdakı Osmanlı diplomatik missiyasının fəaliyyətlərini tədqiq etmişdir.