2022-ci il yanvarın 11-də bayraqdar.info xəbər portalı “Həmsöhbət” rubrikasında Xəzər Universitetinin məzunu, Türkiyənin Bilecik Şeyh Edebali Universitetinin Mühəndislik Fakültəsi Biomühəndislik Bölümünün dosenti, Bilecik Azərbaycan Qardaşlıq Dərnəyinin yaradıcısı və sədri Rafiq Qurbanovla müsahibə dərc etmişdir (müəllif Nadir Azəri).
Müsahibədə azərbaycanlıların Bilecikdəki diaspor təşkilatından və Bilecik Azərbaycan Qardaşlıq Dərnəyinin yaradılması və fəaliyyətindən bəhs olunur.