2021-ci il dekabrın 22-də publika.az və digər saytlar “2021-ci ildə itirdiyimiz məşhurlar” başlığı ilə bu il dünyasını dəyişmiş məşhur simalarla bağlı məlumatları fotoları ilə birlikdə dərc edib.
Əlliyədək məşhurun siyahısında aprelin 3-də vəfat etmiş “Dünya” məktəbinin həmtəsisçisi, qurucu direktoru, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının humanitar və təşkilati işlər üzrə müşaviri olmuş Nailəxanım İsayeva da təqdim olunur.