Xəzər Universitetinin Ombudsman Mərkəzinin rəhbəri Aytac İbrahimli 2021-ci il noyabrın 26-da Humanitar, təhsil və sosial elmlər fakültəsinin tələbələri ilə görüşüb. Görüşdə tələbələri maraqlandıran ümumi məsələlər, tələbə həyatında edilə biləcək yeniliklər müzakirə olunub.
Görüşdə aparılan müzakirədən sonra tələbələrdən birinin rəhbərliyi ilə Xəzər Kitab Klubunun yaradılması üçün Ombudsman Mərkəzi tərəfindən dəstək göstərilib.