2021-ci il noyabrın 25-də Xəzər universiteti Psixologiya Departamentinin koordinatoru Mələk Kərimova AZTV-nin “Gün başladı” verilişinin qonağı oldu. Xədicə Sənanqızının təqdimatında olan verilişin mövzusu ailədə ataların rolu, ona yüklənən məsuliyyətlər, uşaq tərbiyəsində rolu ilə bağlı idi. Verilişdə ailə dinamikaları, ailədə valideynlər arasında münasibətin uşağa təsirləri kimi mövzulara da toxunuldu.