2021-ci il noyabrın 24-də Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi və doktorantı Nilufər Əlizadə BDU-da “Klinik müsahibə” adlı seminar mövzusu ilə çıxış etmişdir. Qeyd edək ki, tələbələrin səsverməsi əsasında dəvət olunan qonaq seminar boyu onların suallarını cavablandırmış, psixoterapiyada ilkin klinik dəyərləndirmənin əhəmiyyəti, vacib praktiki texnikalar haqqında məlumat vermişdir.
Seminar tələbələr tərəfindən maraqla qarşılanmışdır.