2021-ci il noyabrın 4-də professor Minwoo Yun (Gachon Universiteti, Cənubi Koreya) Xəzər Universitetinin şəhər mərkəzindəki kampusunda "Terrorizmə qarşı mübarizə tədbirləri" mövzusunda mühazirə ilə çıxış edib. Mühazirə Siyasi elmlər və fəlsəfə departamentinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə magistraturanın II kurs tələbələri və professor-müəllim heyəti iştirak edib.