2021-ci il noyabrın 4-də Kitabxana İnformasiya Mərkəzində 8 Noyabr “Zəfər Günü” münasibətilə tarixi qələbəmizə aid yeni kitabların sərgisi keçirildi. Sərgini Kitabxana İnformasiya Mərkəzinin direktor müavini Aytac Misgərli giriş sözü ilə açaraq, kitabxanaya daxil olan yeni kitablar haqqında məlumat verdi. Sonra tələbələr tərəfindən sərgiyə baxış keçirildi.