Tarix və Arxeologiya departamentinin müdiri dosent Telman Nüsrətoğlu Quliyev 2021-ci il oktyabrın 26-da Türkiyənin CNN Türk və TRT Haber kanallarında çıxış etmişdir.
Telman Nüsrətoğlu Quliyev bu çıxışlarında TürkiyəCümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli və Zəngilana etdiyi səfərlər, həyata keçirilən layihələrin əhəmiyyəti, regionda baş verən geosiyasi dəyişikliklər, Zəngəzur dəhlizinin açılmasının sülh və əməktaşlıq mühütündə verəcəyi töhfələr və Azərbaycan-Türkiyə müttəfiqliyi ilə bağlı mülahizələrini bildirmişdir.