Tarix və arxeologiya departamentinin müdiri dosent Telman Nüsrətoğlunun “Bakü Petrolü və Rotşiltler” adlı məqaləsi bir neçə beynəlxalq indeksdə yer alan “Akademik Tarih ve Düşünce Dergisinde” dərc olunmuşdur (cild 8, sayı 3, 2021).
Müəllif məqalədə Rotşild ve Nobellərin Bakı neft sənayəsində inhisar formalaşdırmaları, Avropa neft bazarları uğrunda Rokfellərlə olan rəqabəti, Bakı-Batum boru xəttinin inşa edilməsi prosesi və Bakıda həyata keçirdikləri digər layihələri şərh etmişdir.