2021-ci il oktyabrın 19-da Bakı Ali Neft Məktəbində Milli Erasmus ofisinin rəhbərliyi ilə Bakı Biznes Universitetinin koordinatoru olduğu ECAR layihəsinin ilk monitorinq görüşü keçirilib. Görüşdə Xəzər Universiteti ilə yanaşı digər yerli tərəfdaşlar iştirak ediblər.
Görüşdə layihənin planlamasına uyğun strukturun qurulması, gedişatda yaranmış problemlər, proqnozlaşdırılmış nəticələr, eyni zamanda yaxın gələcəkdə nəzərdə tutulan səfərlər müzakirə olunub.
Layihənin koordinatoru Gülşən Bayramova layihənin sənədləri, tərəfdaşları, sosial mediada fəaliyyəti barədə qısa məlumat verib.
Monitorinq görüşündə Xəzər Universitetini İnkişaf Mərkəzinin layihə meneceri Səbinə Quluyeva təmsil edib.