2021-ci il oktyabrın 14-də tehsil-press.az saytı Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasovun “Xocasən gölü üçün təbiət əsaslı idarəetmə ssenariləri” (Nature-based management scenarios for the Khojasan Lake”) adlı məqaləsinin “Sustainable Water Resources Management” jurnalında çap olunması haqqında xəbər yayımlamışdır.
Xəbərdə qeyd olunur ki, “Sustainable Water Resources Management” jurnalı “Scopus” beynəlxalq indeksləşmə bazasına daxildir və məqalə ilə Xəzər Universitetinin saytında yerləşdirilmiş linkdə tanış olmaq mümkündür.